Oktyabrın 17-də Rusiya Federal Miqrasiya Xidmətinin Moskva ətrafındakı Dolqoprudnı şəhərində yerləşən tərəvəz bazasında reydi zamanı 60-dan çox qeyri-leqal miqrant saxlanılıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidmətinin açıqlamasında bildirilir.
“Bazada xarici vətəndaşlar da daxil olmaqla ümumilikdə 1500 nəfər çalışıb. Xarici vətəndaşlardan 63-nün Rusiyada işləmək üçün icazəsi olmayıb, 19 nəfər isə ölkə ərazisində qeyri qanuni olub”, deyə FMX-nın mətbuat xidmətinin açıqlamasında bildirilir.
FMX-da qeyd ediblər ki, Dolqoprudnı şəhər məhkəməsinin qərarı ilə, saxlanılan 63 qeyri-leqal miqrant cərimələnərək ölkədən çıxarılıb.
Qaynar.info
Şərhlər