Rusiyanın "Nijni Novqorod" və "Soçi" klubları arasında keçirilən oyunda qalmaqal baş verib.
Qaynarinfo xəbər verir ki, "Nijni Novqorod"un ukraynalı futbolçusu Vitali Fyodorov I divizionun matçından öncə dövlət himni oxunan zaman bayraqdan nümayişkaranə şəkildə üz çevirib. Bütün futbolçular bayrağa baxdığı halda, Vitali tribunaya baxmağa davam edir.
Qeyd edək ki, oyun "Soçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Şərhlər