Rusiyanın Lesosibirsk şəhərində yaşayış binasında güclü yanğın qeydə alınıb.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə zamanı şəhərin prokuroru, ailə üzvləri və bacısı həlak olub. Prokuror və yaxınlarının Bolşakovlar ailəsinə qonaq getdiyi güman edilir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilsə də, mənzildəkilərin həyatını xilas etmək mümkün olmayıb.
Faciəyə qısaqapanma səbəb olub.
Gülşən
Şərhlər