Xəbər lenti

Rusiyadan Türkiyəyə qarşı ŞOK İTTİHAM
Dünya 14:46 18.09.2013

Rusiyadan Türkiyəyə qarşı ŞOK İTTİHAM

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Dəməşq yaxınlığında həyata keçirilən kimyəvi hücumu təxribat adlandıraraq, Türkiyəni ittiham edib.

Qaynar.info xəbər verir ki, Çurkin buna səbəb kimi may ayında suriyalı müxalif döyüşçülərin Türkiyədə zarin maddəsi ilə ələ keçməsini və bəzi türk və Suriya vətəndaşlarının kimyəvi silah istehsalı üçün 10 ton zəhərli maddə almağa cəhd etmələrini göstərib. 

"Bu dəlillər diqqətli şəkildə araşdırılmalı və bu hücumun arxasındakı şəxslər cəzasız qalmamalıdır" deyə Çurkin bildirib. 

Rus diplomat bundan başqa müxalifətin nəzarətindən çıxan bəzi fabrik və laboratoriyalarda olan qabların üzərindəki yazıların həmin maddələrin xarici istehsal olduğunu göstərdiyini deyib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->