Tanınmış həkim və televiziya aparıcı Aleksandr Myasnikov Rusiyada koronavirus pandemiyasının üçüncü dalğasının yayda, ya da payızda başlayacağını bildirib.
Qaynarinfo xəbər verir ki, həkim bu barədə özünün Teleqram kanalında yazıb. Onun sözlərinə görə, hazırda epidemiya zəifləməyə doğru gedir. Bu isə koronavirusun üç aylıq silsilə ilə yayılması ehtimalını təsdiqləyir.
A.Myasnikov bildirib ki, pandemiyanın növbəti dalğasına yalnız əhalini indidən peyvənd etməklə hazırlaşmaq olar. Peyvəndi bir aylıq fasilə ilə iki mərhələdə vurmaq lazımdır. Virusa qarşı anticisimlər yalnız ikinci peyvənddən sonra yaranır. Rusiyalı həkim xroniki xəstəlikləri olanların, immuniteti zəif şəxslərin, eləcə də ahılların, ilk növbədə, peyvənd edilməsinin vacibliyini vurğulayıb.
Son statistikaya görə, Rusiyada gün ərzində 19 min 283 nəfərdə koronavirus aşkar edilib. Bir gündə 543 nəfər vəfat edib, 26 min 204 xəstə sağalıb.
Şərhlər