Tanınmış rusiyalı bloqer Olqa Leybman azərbaycanlı vəkil Elman Paşayevdən şikayətçidir.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Olqa özünün sosial media hesabında başına gələn əhvalatı bölüşüb.
O bildirib ki, ABŞ-da yaşayan rəfiqəsinin vəkilə ehtiyacı olub. Olqa da öz növbəsində həmin vaxt dostluq etdiyi Elman Paşayevi məsləhət görüb. Bloqerin sözlərinə görə, rəfiqəsi Paşayevin istədiyi məbləği - 170 min dolları onun vasitəsilə vəkilə göndərib. Nəticədə nə iş həll olunub, nə də pul geri qaytarılıb.
Əksinə, Elman Paşayev Olqadan heç bir pul almadığını bildirib.
Bloqer bu məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini, əlində pulu verməsi ilə bağlı sübutlat olduğunu deyir.
Şərhlər