Xəbər lenti

Rusiyalı ekspert: “Trans-Sibir magistralı ilə sinergiya BTQ-nin rentabelliliyi ilə bağlı sualları aradan qaldırır”
Ekonomiks 14:18 28.01.2020

Rusiyalı ekspert: “Trans-Sibir magistralı ilə sinergiya BTQ-nin rentabelliliyi ilə bağlı sualları aradan qaldırır”

"Trans-Sibir magistralı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin sinergiyası həm Rusiya, həm də Azərbaycan üçün sərfəlidir”.

Bunu "Report”a rusiyalı ekspert İvan Pyatibratov deyib.

"Rusiya barəsində danışırıqsa, ilk növbədə siyasi mənada üstünlükləri qeyd etmək lazımdır. Daha əvvəl bəzi ekspertlərin dəmir yolu xəttinin Rusiya ərazisindən keçmədiyinə görə "anti-Rusiya” layihəsi kimi qiymətləndirdiyi BTQ dəhlizi Trans-Sibir ekosisteminə daxil olacaq. Bu, Rusiyanın Yaxın Şərqdəki təsirini, eləcə də Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı fəaliyyəti gücləndirir. Çünki dövlətləri yürüstü ticarət əlaqələrindən çox birləşdirən amil yoxdur. Rusiya hətta BTQ üçün relslərarası məsafəsi daha çox olan dəmir yolları tikməyə hazırdır. Bu isə Rusiyanın həmin əməkdaşlığa real marağını göstərir”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan üçün Trans-Sibir magistralına inteqrasiyanın iqtisadi üstünlükləri var: "Əvvəllər BTQ-nin rentabelli olması yük dövrüyyəsinə görə sual doğururdusa, hazırda bu sual aradan qalxıb. Həmçinin, bu, sərfəli və nüfuzludur. BTQ layihəsi əvvəlcədən Çin məhsullarının Qərbə ixracını həyata keçirmək üçün düşünülmüşdü və artıq öz məqsədi üzrə fəaliyyət göstərəcək. Çünki Trans-Sibir magistarlının dövriyyəsində Çin məhsulları üstünlük təşkil edir”.

"Əvvəllər BTQ-nin rentabelli olması yük dövrüyyəsinə görə sual doğururdusa, hazırda bu sual aradan qalxıb. Həmçinin bu, sərfəli və nüfuzludur. BTQ layihəsi əvvəlcədən Çin məhsullarının Qərbə ixracını həyata keçirmək üçün düşünülmüşdü və artıq öz məqsədi üzrə fəaliyyət göstərəcək. Çünki Trans-Sibir magistarlının dövriyyəsində Çin məhsulları üstünlük təşkil edir”
 

"Asiyadan Avropaya ən qısa marşrutun Azərbaycan ərazisindən keçməsinə baxmayaraq, dəniz yolu və Rusiya üzərindən uzunmüddətli daşımalar təcrübəsi tədarükçüləri ənənəvi marşrutlardan istifadə etməyə meylləndirir. Buna görə də müntəzəm mal axınının nə vaxt başlayacağı ilə bağlı sual tamamilə BTQ-dən istifadənin rahatlığı ilə məsələlərin həllindən asılı olacaq. Amma məsələyə Rusiyanın da qoşulması prosesi mütləq sürətləndirəcək. Bu, əlbəttə ki, hadisələrin əhəmiyyətli inkişafıdır, çünki belə "burulğanlı” dövrdə, Yaxın Şərqin geosiyasi əhəmiyyəti böyüyən zaman Rusiya ilə Azərbaycanın birlikdə hərəkət etməsi çox vacibdir”, - İ.Pyatibratov fikrini yekunlaşdırıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->