Xəbər lenti

Rusiyalı futbolçu Türkiyədə yoxa çıxdı - 8 gündür...
İdman 14:00 21.11.2019

Rusiyalı futbolçu Türkiyədə yoxa çıxdı - 8 gündür...

Türkiyənin "Ankaragücü" klubunun baş məşqçisi Mustafa Kaplan "Milliyet"ə açıqlamasında komandanın hücumçusu Zaur Sadayevin millidə oyunundan sonra klubun yerləşdiyi yerə qayıtmadığını bildirib.

Qaynarinfo xəbər verir ki, Kaplan Sadayev ilə əlaqə qurula bilmədiyini, telefona cavab vermədiyini vurğulayıb. 

"Artıq 7-8 gündür ki, ondan xəbər yoxdur. Bunu azarkeşlərimizə izah etmək lazımdır”, - baş məşqçi deyib.

Qeyd edək ki, Qroznının "Axmat" klubunun yetirməsi Sadayev əvvəllər Polşanın "Lex" və İsrailin "Beytar" komandalarında oynayıb. 2019-cu ildən "Ankaragücü"ünün heyətində yer alır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->