Xəbər lenti

Rusiyanın Belqorod viyalətinə yenidən hücum edildi: Ölən və yaralananlar var
Dünya 11:43 01.06.2023

Rusiyanın Belqorod viyalətinə yenidən hücum edildi: Ölən və yaralananlar var

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Şebekinski rayonu ərazisinin növbəti dəfə atəşə tutulduğunu açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” məlumat yayıb.
 
"Bu gün Şebekino üçün yenidən gərgin gecədir. Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması bir saat davam edib. İlkin məlumata görə, iki qurban var. Sol yuxarı ətrafının travmatik amputasiyası olan bir nəfərin vəziyyəti ağırdır. Xəsarət alan ikinci zərərçəkən isə özü rayon mərkəzi xəstəxanasına müraciət edib. Həmin şəxsin vəziyyəti orta-ağırdır”, - deyə rayon rəhbəri yazıb.

O qeyd edib ki, hər iki zərərçəkən Belqorod şəhərindəki 2 saylı xəstəxanaya göndərilib.
 
"Qəza xidmətləri və təcili yardım hadisə yerindədir. Ərazinin qapı-qapı yoxlanılması gündüz saatlarında həyata keçiriləcək”, - qubernator bildirib.
 
İnterfaks yazır ki, son günlər Şebekino şəhəri və Şebekinski şəhər rayonu Ukrayna tərəfindən kütləvi atəşə məruz qalıb. İki mülki vətəndaşın öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->