Rusiya Federasiyası Baş naziri Mixail Mişustinin doğma bacısı Natalya Stenina ümumi dəyəri təxminən 1 milyard rubl (27 444 400 azn) olan elit daşınmaz əmlaka sahibdir.
Qaynarinfo xəbər verir ki, bu haqda BBC-nin Rus Xidmətindəki mənbəyə istinadən məlumat yayılıb.
Məlumata görə, söhbət Rosreestrdə "Rusiya Federasiyası" olaraq göstərilən bir mənzil, ev və torpaqlardan gedir. Mənbələr Federal Vergi Xidmətinin qapalı bazasından verilən məlumata görə ("Rosbalt”ın təxmininə görə, əvvəllər Mişustinin rəhbərlik etdiyi), bu əmlak Steninaya aiddir.
Beləliklə, 2018-ci ilin yayında Stenina Xamovnikidə yerləşən "Knightsbridge Private Park”dakı elit yaşayış kompleksində 170 kvadratmetrdən artıq sahəsi olan bir mənzil alıb. Mənzilin satınalma qiyməti bilinməsə də, indi bu yaşayış kompleksindəki kvadrat metrə görə qiymət orta hesabla 1 milyon rubl olduğuna görə, Steninanın mənzilinin qiyməti 180 milyondur (4 940 000 azn).
Bundan əvvəlsə, 2014-cü ildə, Stenina Moskva vilayətinin İstra bölgəsindəki "Agalarov Estate” kottec kəndindəki iki mərtəbəli bir evin sahibi olub. Evin özü və yerləşdiyi torpaq bazar dəyəri ilə təxminən 370 milyon rubl (10 154 400 azn) dəyərində qiymətləndirilir.
Ayrıca, bacısı Mişustinin evinin yanında iki evə və Nikolina Qorada bir sahə sahibdir. Bu əmlak təxminən 900 kvadratmetr sahəni əhatə edir və 350 milyon rubl (10 154 400 azn) dəyərində qiymətləndirilir.
BBC qeyd edir ki, 2000-ci illərin əvvəllərində Stenina "Aeroflot" da işləyib və 2015-ci ildən bəri Tverski bulvarındakı "Nedalniy Vostok" restoranına, habelə restoranın yerləşdiyi binanın 25%-nə sahib olub. Ancaq bu biznes ziyanla işləyib və təxminən bir il əvvəl bağlanıb. Steninanın həyat yoldaşı haqqında isə o məlumdur ki, illik təxminən 1.5 milyon rubl (41 166 azn) qazanc gətirən bir daşınmaz əmlak şirkətinə rəhbərlik edib.
Alpər
Şərhlər