Xəbər lenti

Rüstəm Badasyan:
Dünya 18:00 19.01.2022

Rüstəm Badasyan: "Türkiyə kapitalının Ermənistana axınının təhlükəsi..."

Ermənistan - Türkiyə sərhədləri bağlı qalmaqdansa, açıq olması daha yaxşıdır.

Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan deyib.

"Biz aksiomatik həqiqətlərlə danışa bilərik. Təbii ki, sərhəddin açıq olması bağlı olmasından daha yaxşıdır. Hesab edirəm ki, bu danılmaz faktdır. Çünki açıq sərhədlər zamanı baş verən iqtisadi aktivliyi, dövriyyəni heç vaxt bağlı sərhəddə gözləmək olmaz", deyə Rüstəm Badasyan bildirib.

Komitə sədri "Türkiyə kapitalının Ermənistana axınının təhlükəsi yoxdur" sualına belə cavab verib: 

"Əgər bu bizim üçün risk hesab olunursa, əvəzində nə təklif olunur, qapalı iqtisadiyyatda yaşamaq, heç vaxt Ermənistana Türkiyə kapitalının daxil olması ilə bağlı danışmağa çalışmamaq, yoxsa sərhədlərin açılmaması?". Təbii ki, iqtisadiyyatı kiçik olan ölkələrdə böyük iqtisadiyyatların təmsil olunması bütün dünyada nəzərə çarpır. Biz hansı qorxularla yaşamalıyıq?”

Telman

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->