Xəbər lenti

Rüstəm İbrahimbəyov: “Həbsdən də, öldürülməkdən də qorxuram”
Siyasət 11:55 14.06.2013

Rüstəm İbrahimbəyov: “Həbsdən də, öldürülməkdən də qorxuram”

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov BBC-nin Rusiya xidmətinə müsahibə verib.

Musavat.com-un məlumatına görə, Rüstəm İbrahimbəyov bildirib ki, Azərbaycanda seçkiqabağı vəziyyət çətindir. Çünki, 1993-cü ildən ölkədə seçkilər saxtakarlıqla keçirilir: “Bu səbəbdən əsas siyasi partiyalar, hüquq müdafiəçi təşkilatları, parlaq ictimai xadimlər Demokratik Qüvvələrin Milli Şurasında birləşdilər. Mən bu Şuranın sədri seçildim. Demək olar ki, son 20 ildə müxalifətin belə geniş birliyi olmamışdı”.

Müxbirin “Axı sizin siyasi təcrübəniz yoxdur, siyasi mübarizədə iştirakınızı necə təsəvvür edirsiniz?” sualına cavabında Rüstəm İbrahimbəyov bildirib ki, bir neçə il əvvəl Azərbaycanda Ziyalılar Forumu yaradıb. Kinorejissor bildirib ki, siyasətlə məşğul olmaq həvəsində deyil. Ona görə də vahid namizəd olmaqla bağlı hələlik razılıq verməyib.

“Mən normal insan kimi həm həbsdən, həm də öldürülməkdən qorxuram”, - Rüstəm İbrahimbəyov deyib. O, xatırladıb ki, REAL sədcri İlqar Məmmədov tənqidi fikirlərinə və prezidentlik iddiasına görə həbs edilib. Rüstəm İbrahimbəyovun fikrincə, hakimiyüyət istənilən adamı zərərsizləqdirməyə çalışır və hər zaman təhlükə mövcuddur.

“Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqından danışan Rüstəm İbrahimbəyov bildirib ki, bu təşkilat Rusiyadakı azərbaycanlılarının taleyi ilə məşğuldur: “Ora iki-üç varlı şəxs də qoşulub və üzvlər arasında Azərbaycan prezidentinə kifayət qədər yaxın adamlar da var”.

Rüstəm İbrahimbəyovun dediyinə görə, Rusiya Azərbaycan Təşkilatları İttifaqı onun prezidentliyinə namizədliyini dəstəkləməkdən qətiyyətlə imtina edir: “Çünki, onlar kifayət qədər ehtiyatlı adamlardırlar və siyasətə qarışmaq istəmirlər”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->