İdman 16:31 02.04.2020

"Rüştü reanimasiyadadır" - Həyat yoldaşı danışdı

Koronavirusa yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəçbərin müalicəsi davam edir.
 
Qaynarinfo Sport7-ə xəbər verir ki, bu barədə veteran futbolçunun həyat yoldaşı Işıl Rəçbər məlumat verib.

Onun sözlərinə görə, "Müalicə yaxşı istiqamətdədir. Xəstəlik bir anda baş verdi. Virus birbaşa ağciyərə keçdi. Nəfəs darlığı olduğu üçün həkimlər müdaxilə etdi. Hələ ki, reanimasiyadadır”.

Qeyd edək ki, Rüştü Rəçbərdə koronavirusun simptomları martın 29-da aşkarlanıb.