Xəbər lenti

Rövnəq Abdullayev: "Azərbaycan neftinin Rusiya ərazisi ilə tranziti davam edəcək"
Ekonomiks 15:58 15.05.2013

Rövnəq Abdullayev: "Azərbaycan neftinin Rusiya ərazisi ilə tranziti davam edəcək"

Azərbaycan neftinin Rusiya ərazisi ilə indiki şərtlərlə tranzit nəqli 2013-cü ilin sonunadək davam edəcək.

Paralel olaraq ilin sonunadək neftin Rusiya ərazisi ilə nəqlinin kommersiya şərtləri ilə həyata keçirilməsi ilə bağlı danışıqlar aparılacaq. Tərəflər arasında bununla bağlı razılıq əldə olunarsa, artıq 2014-cü ildən ildən etibarən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli kommersiya şərtləri əsasında davam etdiriləcək. 

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev əlavə edib ki, sazişin Rusiya hökuməti tərəfindən ləğvi Azərbaycan üçün gözlənilməz olmayıb.

Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->