İtaliya azərbaycanlı kriminal avtoriteti beynəlxalq axtarışa verib.APA-nın məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Məlumatda qeyd edilir ki, Azərbaycanın Lənkəran rayonundan olan, 38 yaşlı Rövşən Canıyev mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir.
R.Canıyevin həbsi barədə İtaliya məhkəməsi xüsusi qərar çıxarıb və onun saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, Rövşən Canıyev “oğru dünyası”nda böyük nüfuz sahibidir və "Rövşən Lənkəranski" kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail rayon məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R. Caniyev cinayət məsuliyyətindən azad edilib.
Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R. Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
Rövşən Lənkəranski hazırda Ukraynada yaşayır.
Qaynar.info
Şərhlər