Xalq Artisti Röya Ayxan və müğənni Zamiq Hüseynov yeddi il sonra yenidən bir araya gəlib.
Qaynarinfo xəbər verir ki, iki məşhur sima bu dəfə mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edib. Onlar sözləri Nuridə Atəşi, musiqisi Faiq Sücəddinova aid "Neylərsən?” əsərini ifa ediblər. Mahnının yeni aranjımanını Samir Şirinov edib.
R.Ayxan və Z. Hüseynov təkcə mahnı ilə kifayətlənməyərək sözügedən bəstəyə klip də çəkdirib. Klip rejissor Dele Orucluya həvalə olunub.
Qeyd edək ki, cütlük bundan əvvəl "Sevdim” adlı mahnını duet şəklində ifa etmişdilər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər