"Sabah" bir oyunda üç rekorda imza atdı

Premyer Liqanın XII turunda "Keşlə”yə 2:1 hesabı ilə qalib gələn "Sabah” üç rekorda imza atıb.
 
Qaynarinfo xəbər verir ki, Bakı klubu tarixinin iki ən yaxşı göstəricisini müəyyənləşdirib və daha birini təkrarlayıb. Paytaxt təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb.
 
Sonuncu dəfə VII turun "Qarabağ”la matçında (1:2) uduzan "Sabah” "Sumqayıt” (3:0), "Qəbələ” (3:1), "Zirə” (3:3), "Neftçi” (2:1) və "Keşlə” (2:1) ilə görüşlərdə xal qazanıb. Bakılılar bu 5 görüşdə 13 xal yığıb. Bu seriya 2020/21 mövsümünün XXI-XXV turlarında qeydə alınan rekordun təkrarıdır. Həmin vaxt 5 oyun uduzmayan komanda daha az – 9 xal toplamışdı.

Premyer Liqada 4-cü mövsümünü keçirən komanda ardıcıl 6 oyundur qol vurur. Bu, klub tarixində mütləq rekorddur. 2019/20 mövsümünün ilk yarısında ardıcıl 5 görüşdə fərqlənən "Sabah” 9 qola sevinmişdi. Bu dəfə 6 matçı əhatə edən seriyada 14 qol qeydə alınıb.
 
Paytaxt futbolçuları ilk 12 turda 16 dəfə rəqib qapısına yol tapıb. Bu da yeni rekorddur. "Sabah” əvvəlki üç mövsümün heç birində belə məhsuldarlıq göstərməyib. 2018/19 mövsümünün müvafiq dövründə 12, növbəti iki çempionatda isə 14 qol vurulub.
 
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X