Xəbər lenti

İdman 15:52 03.12.2020

"Sabah" klubunda kütləvi yoluxma: Növbəti test verdilər

"Sabah" klubu "Neftçi" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XII tur matçından öncə koronavirusa kütləvi yoluxma təhlükəsi ilə üzləşib.

Paytaxt komandasında yoluxma sayı 8-ə yüksəlib. Daha əvvəl "Sabah"da Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Sezar Rodrigezin testi müsbət nəticələnib. Bundan əlavə komandanın daha 4 oyunçusunun koronavirusa yoluxduğu ehtimal edilir.

Ulis Dialloda da koronavirus şübhəsi olub, lakin 28 yaşlı malili hücumçudan götürülmüş testin nəticəsi mənfi çıxıb.

"Sabah" bu gün komanda şəklində testdən keçib. Nəticələr gün ərzində açıqlanacaq.

Qeyd edək ki, dekabrın 5-də "Bank Respublika Arena"da təşkil olunacaq "Sabah" - "Neftçi" matçı saat 16:00-da başlayacaq.//report.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?