Xəbər lenti

Müsahibədə verilən bir sual dərhal işə qəbul olunma ehtimalınızı müəyyən edə bilər
Ekonomiks 17:20 26.07.2025

Müsahibədə verilən bir sual dərhal işə qəbul olunma ehtimalınızı müəyyən edə bilər

"OpenAI" və digər mənbələrin tədqiqatlarına əsasən, bir çox müsahibədə tez-tez verilən, amma göründüyündən daha çox məna daşıyan bir sual işə qəbul qərarına ciddi təsir edə bilər. Bu sual: "Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?"

Qaynarinfo-nun xəbərinə görə, "Huffpost"un məqalədəsində qeyd olunur ki, bu sual sadəcə "söhbəti yüngülləşdirmək” məqsədi daşımır. Penn State Universitetinin professoru Loren Rivera izah edir ki, bu kimi suallar menecerlərə namizəd haqqında işlə əlaqəsi olmayan, amma şəxsi təəssürat yaradan məlumatlar verir. Belə təəssüratlar isə bəzən işə qəbul qərarında əsas rol oynaya bilər.

Məsələn, əgər menecer xizək sürməyi sevir və siz də eyni fəaliyyəti qeyd etsəniz, bu, sizə qarşı simpatiya yarada bilər. Lakin əks halda maraq sürətlə azala bilər.

Riveranın apardığı 2010-cu il tədqiqatına əsasən, hüquq, investisiya və konsaltinq sahəsində çalışan 120 işə qəbul üzrə mütəxəssis daha çox resurs tələb edən hobbilərə üstünlük verirdi – məsələn, Kilimancaro və ya Everestə qalxmaq adi yürüşlərdən daha "dəyərli” sayılırdı.

Ekspertlər bildirir ki, bu yanaşma Rorşax testi kimi işləyir – namizədin cavabı müsahibəçinin şəxsi təcrübə və üstünlüklərinə görə yozulur.

Tədqiqatlar göstərir ki, müsahibə zamanı ilk 30-90 saniyədə formalaşan təəssürat ən qalıcı olur. Bu baxımdan, söhbətin əvvəlində verilən bu tip suallar kritik əhəmiyyət daşıyır. Bu ilkin rəyin dəyişməsi isə çox çətin və əlavə sübutlar tələb edən prosesdir.

Rivera və digər mütəxəssislər düşünür ki, menecerlər şəxsi suallardan çəkinməli və əvəzində strukturlaşdırılmış, obyektiv kriteriyalara əsaslanan suallar verməlidirlər. Bu, müsahibənin daha ədalətli keçməsini təmin edər.

Ekspertlərin fikrincə, bu sualdan yayınmaq tövsiyə edilmir – çünki bu, söhbətin axarını poza bilər. Lakin siz cavabınızı əvvəlcədən düşünərək, şəxsi və maraqlı, amma real bir fəaliyyətlə əlaqələndirə bilərsiniz.

Təkliflər belədir:

* Cavabınızı əvvəlcədən hazırlayın: 10-a yaxın maraq sahəsi düşünün və onlardan birini konkret nümunə ilə paylaşın. Məsələn, "kitab oxumağı sevirəm” əvəzinə, hansı kitabdan bəhs edə biləcəyinizi seçin.

* Səmimi olun: Özünüzü olduğunuzdan fərqli göstərməyin. Əgər "Formula-1” və ya tennislə maraqlanmırsınızsa, belə göstərməyə çalışmayın.

* Sualı geri qaytarın: Cavabınızdan sonra "Siz necə, nə ilə maraqlanırsınız?” kimi qarşı sualla söhbəti balanslaşdıra bilərsiniz.

Ekspertlərin yekun fikri budur: namizədlər müsahibəyə uyğunlaşmalı olsa da, əsas məsuliyyət işəgötürənin üzərinə düşür. Onlar müsahibəçiləri obyektiv qərarlar qəbul etməyə və namizədin real bacarıqlarına əsaslanmağa öyrətməlidirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->