Malaziyanın sabiq baş naziri Nəcib Razaka qarşı növbəti korrupsiya ittihamları irəli sürülüb.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, əksəriyyəti Razaka məxsus "1Malaysia Development Berhad" investisiya fondu ilə əlaqədar olan korrupsiya, rüşvətxorluq, çirkli pul yuma ittihamlarına yeni 3 iddia əlavə edilib. Bildirilir ki, "SRC International" şirkəti Razaka aid hesablara 10,3 milyon dollar köçürüb və həmin məbləğ mənimsənilib.
Qeyd edək ki, sabiq baş nazir milyardlarla dollar oğurluğunda ittiham edilir.
Gülşən
Şərhlər