Ermənistanın sabiq deputatı, general Manvel Qriqoryan və həyat yoldaşı Nazik Əmiryanla bağlı istintaq prosesi yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, Qriqoryan qanunsuz silah saxlamaq, vergidən yayınma, əmlak və dövlət büdcəsini mənimsəməkdə təqsirli bilinib. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Sabiq deputatın oğlu Arman Qriqoryan isə axtarışa verilib.
Qeyd edək ki, Manvel Qriqoryan ötən ilin iyun ayının 19-da saxlanılıb.
Gülşən
Şərhlər