Xəbər lenti

Sabiq MTN əməkdaşına hökm oxundu
Ölkə 13:56 15.01.2019

Sabiq MTN əməkdaşına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

O, məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında V.Allahverdiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, V.Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.

Qeyd edək ki, dələduzluqda ittiham edilən V.Allahverdiyev daha əvvəl ləğv edilmiş MTN-də işləyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->