Xəbər lenti

Sabiq nazirin qohumu həbsdən buraxılmadı
Ölkə 14:38 21.09.2018

Sabiq nazirin qohumu həbsdən buraxılmadı

Güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov, Xatirə İmaməliyevaAidə Cəfərovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. 

Qərara görə, cinayət işi üzrə təqsirləndirilən Natiq Qasımov apellyasiya şikayəti təmin edilməyib. 

Digər təqsirləndirilən şəxslər apellyasiya şikayəti vermədiyi üçün onlarla bağlı olan hissədə hökm araşdırılmayıb. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Qasımov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, digər təqsirləndirilənlər - Xatirə İmaməliyeva və Alidə Cəfərovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onların cəzaları şərti hesab edilib.

İttihama görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində fəaliyyət göstərən aptekdə 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən "Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbi 75 manata qanunsuz satıldığı müəyyən edilib.

İstintaq zamanı aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib.

Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsiredici maddələr olan preparatlar aşkar edilərək götürülüb.

N.Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->