Xəbər lenti

İdman 16:43 21.10.2021

Sabiq qapıçı: “Qarabağ” bu qrupda rəqiblərindən daha üstün oynayır”

"Qarabağ” bu gün Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Qazaxıstan təmsilçisi "Kayrat”ı qəbul edəcək. Ağdam təmsilçisinin və millimizin sabiq qapıçısı Fərhad Vəliyev bugünkü matçla bağlı fikirlərini bildirib.

O, Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
 
"Qarabağ”ı izləyirəm. Neçə illərdir komanda bunu adət halına salıb. Həm Çempionlar Liqasının qrup mərhələsinə düşdü, həm də dəfələrlə Avroliqanın qrupunda oynayıb. Bu il çox yaxşı başladıqlarını düşünürəm. Gələn ay da "Kayrat”la oynayacaq. Yəni bu komanda ilə ardıcıl iki oyun keçirəcək. Fikrim belədir ki, "Kayrat”dan maksimum xal alıb qrupu lider kimi bitirə bilərlər. "Qarabağ” öz oyunu ilə bunu göstərir”.

Sabiq qapıçı rəqibləri "Qarabağ”la müqayisə edərkən bunları söylədi: 

"Qrupda zəif rəqib yoxdur. İlk oyunda İsveçrə klubu, daha sonra "Omoniya” ilə matç onu göstərdi ki, "Qarabağ” bu qrupda rəqiblərindən daha üstün oynayır. Amma ümumilikdə rəqiblərə zəif kimi yanaşmaq olmaz”.

Əksəriyyət düşünür ki, "Qarabağ” bu matçda 3 xal qazansa böyük ölçüdə qrupdan çıxmaq məsələsini həll etmiş olur. Bəs Fərhad bəy nə fikirləşir?: 

"Xeyr, 3 xal qazansa o demək deyil ki, qrupdan minimum 2-ci yerlə çıxmağı 100 faiz həll edəcək. Hər oyun qələbə üçün meydana çıxmaq lazımdır. İnşallah bugünkü matçda qələbə qazansa, digərlərindən də ən azı bir xalla dönmək lazımdır. Səfərdə məğlub olmaqdansa, heç-heçə daha yaxşıdır. Bu onların xeyrinə olar”.

Vəliyev "Bazel”i lider hesab etsə də, "Qarabağ”ın onlardan geri qalmadığını dedi: 

"Hələ püşk atılanda hamı "Bazel”i qrupun lideri kimi qələmə verirdi. Bu belə də qalır. Amma "Qarabağ” öz oyunu ilə göstərdi ki, heç də onlardan zəif deyil. Asan rəqib yoxdur, hər oyun uduzmamaq lazımdır ki, ən azı ikinci yerlə qrupdan çıxmaq mümkün olsun”.

Səbuhi Həsənov 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?