Xəbər lenti

Dünya 11:54 29.01.2019

Sabiq "Starbucks" rəhbəri prezident seçkilərində iştirak edə bilər

"Starbucks"ın sabiq baş icraçı direktoru Hovard Şultz növbəti prezident seçkilərində iştirak edə bilər.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, CBS kanalında yayımlanan "60 Minutes" proqramında iştirak edən Şultz 2020-ci ildə keçiriləcək prezident seçkilərində müstəqil namizəd kimi iştirak edə biləcəyini dilə gətirib. Həyatı boyu Demokratlar Partiyasının üzvü olduğunu dilə gətirən Hovard Şultz 2 partiyanın hökmran olduğu sistemi tənqid edib. 

Qeyd edək ki, 3,1 milyard dollar sərvətə sahib olan 65 yaşlı biznesmen 2018-ci ildə "Starbucks" rəhbərliyindən gedib.

Gülşən 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?