Xəbər lenti

Dünya 12:44 17.01.2018

"Saf irq" yaradan şirkət

ABŞ-da "Purenetics" adlı şirkət varlı şəxslərə istədikləri genetik xüsusiyyətlərə sahib yumurta və sperma satır.

Qaynarinfo xarici mediya istinadən xəbər verir ki, dünyanın ən yaxşı donorlarından əldə edilən sperma və yumurtaların qiyməti 750 min dollardır. Şirkətin həyata keçirdiyi bu siyasət Hitler dövründə tətbiq edilən saf irq siyasətinə bənzədilir və buna görə də müzakirələrə səbəb olub. 

2016-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət arzu edilən xüsusiyyətlərə sahib donorlara 6 dollar qarşılığında ərziə forması doldurmağı təklif edir. Onlar qan qrupu, göz rəngi, irq, IQ kimi məlumatları qeyd edirlər. Müştərilər donorlara aid informasiyaları əldə edə bilmək üçün 10 min dollar ödəyir. Əgər satış reallaşsa 500 min dollar donora, 250 min dollar isə şirkətə verilir. 

Şirkətin "Bütün insanlar bərabər deyil" şüarı narazılığa, məsələnin qeyri-etikliyi barədə fikirlərin səslənməsinə səbəb olub. 

Qeyd edək ki, XX əsrin əvvəllərində ABŞ-da və Adol Hitler dövründə Almaniyada genetik cəhətdən arzu edilməyən şəxslərin qısırlaşdırıması, yaxşı xüsusiyyətlərə sahib insanların sayının artırılmasını nəzərdə tutan "Eugenics" hərəkatı mövcud idi. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->