Müstəqil Şah Mat Teatrı yanvarın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Ölüm məhbusunun son günü" əsərinin motivləri əsasında "Edama Məhkumun Son Günü" adlı tamaşası nümayiş olunacaq
Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş ediləcək.
Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadir.
Psixoloji dram janrında hazırlanan tamaşada teatrın istedadlı aktyoru Anar Bulud çıxış edəcək.
Tamaşanın rejissoru Mir Qabil Əkbərov fransız dramaturqunun klassik romanına tamamilə fərqli aspektdən yanaşmağı bacarmış, maraqlı bir mono tamaşa ərsəyə gətirə bilmişdir. 40 dəqiqə davam edən səhnə əsərində hadisələr bir yoxsul oğlan xəstə qızına çörək oğurlayanda istəmədən, bilmədən birini öldürür. Və onu həbs edirlər məhkəmə zamanı isə ona ölüm hökmü verirlər. Və ölümə gedən yolda nələr keçirdiyini danışır.Sonda isə onu edam edirlər. Lakin həmin adamı incidən daha çox bu cür qanunlardır ki, çox iyrənc və rəzildir. Bu qanunlar insana fiziki ağrılardan daha çox mənəvi ağrılar verir. Obrazın dili ilə desək, fiziki ağrılar, mənəvi ağrıların yanında heç nədir.
Şərhlər