Xəbər lenti

Maqazin 12:30 25.07.2021

Şahzadə Diananın qardaşı qızı qoca milyarderlə evləndi

Şahzadə Diananın qardaşı qızı Kitti Spenser özündən iki dəfə yaşlı olan milyarder Maykl Luis ilə evlənib.

 

Qaynarinfo xəbər verir ki, bu haqda "Daily Mail” yazıb.

 

30 yaşlı Kitti ilə 62 yaşlı Mayklın toy mərasimi 23 iyulda İtaliyanın paytaxtı yaxınlığında yerləşən Fraskati şəhərindəki Aldobrandini adlı köhnə villada baş tutub. Mərasimə bəyin üç yetkin uşağı, dostları və digər ailə cütlükləri qatılıb.

 

Kitti Spenser Diananın qardaşı Çarlz Spenserin böyük övladıdır. Qız atasından altı yaş böyük Maykl Luisi nişanlısı seçib. Cütlük milyarderin Cənubi Afrikada Kittiyə evlilik təklifi etdiyi 2019-cu ilin dekabrında nişanlanıb. Sevgililər 2018-ci ildə tanış olublar. Daha əvvəl Spenser özündən 20 yaş böyük olan İtalyan əmlak maqnatı Nikkolo Barattieri di San Pietro ilə sevgili olub.

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->