Sakit okeanın cənub-qərbində yeləşən Yeni Kaledoniyada 7 bal gücündə zəlzələ baş verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına əsasən, zəlzələ Mare adasının 68 km şimal-şərqində 25 km dərinlikdə və sahilə 10 km məsafədə qeydə alınıb.
Zəlzələ böyük dağıntılara səbəb olmasa da, ərazidəki adalara sunami barədə xəbərdarlıq edilib. Hətta Yeni Kaledoniya və Vanuatunun bəzi sahillərində hündürlüyü 0,3 və 1 m arasında olan sunami dalğaları artıq qeydə alınıb.
Gülşən
Qaynarinfo.Az
Şərhlər