Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung"un vəliəhdi və direktor müavini Cey Li barəsində yenidən həbs qərarı çıxarıla bilər.
Qaynarinfo reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkə prokurorları iddia qaldırıblar. Cey Li rüşvət, səhm qiymətlərində saxtakarlıq, nəzarət qaydalarının pozulmasında ittiham edilir.
Onun vəkilləri isə prokurorların bu tələbindən dərin narahatlıq keçirdiklərini, həm şirkətin, həm də Linin əməkdaşlığa hazır olduğunu vurğulayıblar.
Xatırladaq ki, Cey Li 2017-ci ildə dövlətdən imtiyaz qazanmaq üçün 40 milyon dollar rüşvət vermək, yalandan and içmək və mənimsəmədə ittiham edilərək 5 il müddətinə həbs cəzası almışdı. Lakin 2018-ci ildə yuxarı məhkəmənin qərarı pozması ilə sərbəst buraxılmışdı.
Qeyd edək ki, Cənubi Koreya Maliyyə Komissiyası 205-ci ildə "Samsung Biologics"in səhmlərinin 3,7 milyard dollar şişirdildiyi barədə şikayət etmiş və prokurorlar mühasibatlıq saxtakarlığının olub olmadığını araşdırmağa başlamışdılar. "Samsung" isə iddianın xaricdən araşdırılmasını tələb etmişdi. Prokurorlar ən son keçən ay Lini sorğuya çəkmişdilər. O isə mətbuat konfransında hərəkətləri üçün üzr istəmişdi. 51 yaşı Cey Li şirkətin direktor müavini vəzifəsini icra etsə də, 2014-cü ildə atası Li Kun Hi infarkt keçirərək, xəstəxanaya yerləşdirildikdən bəri "Samsung"un 1 nömrəsi kimi göstərilir.
Camal
Şərhlər