Xəbər lenti

Texnologiya 13:35 05.02.2018

"Samsung"un vitse-prezidenti azadlığa buraxıldı

Samsung Electronics şirkətinin vitse-prezidenti Li Çe Yonq Cənubi Koreya məhkəməsi tərəfindən azad edilib.

Qaynarinfo Bloomberg-ə istinadən xəbər verir ki, Yonq ötən ilin avqustunda yalançı şahidlik, mənimsəmə və rüşvətxorluq ittihamları ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, daha sonra onun həbs müddəti 2,5 ilə endirilmişdi. Li Çe Yonqun həbs qərarı 4 illik şərti azadlıqla əvəzlənib. 

Qeyd edək ki, Li Çe Yonq Samsung sədri Le Kun Çenin oğlu, Samsung Group-un vitse-prezidenti və şirkətin varisi idi. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->