Ölkə 20:55 11.07.2022

Samux sakinində narkotik aşkar olunub

Samux sakinində narkotik aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Azad Əsgərov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan "marixuana” aşkar edilib.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.