Bu ilin I yarısında Azərbaycanın xalis maliyyə aktivləri 3 milyard 297,9 milyon ABŞ dolları artıb.
Qaynarinfo Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % çoxdur.
Yarım illik artım xaricə yönəldilmiş birbaşa investisiyaların 4 milyard 297,1 milyon ABŞ dolları artması (1 il əvvələ nisbətən 8,3 dəfə çox), portfel investisiyalarının 281,6 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub), digər investisiyaların isə 717,6 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub) hesabına baş tutub.
Şərhlər