Xəbər lenti

Dünya 18:46 01.12.2023

"Sanksiyalar illərlə davam edəcək" - ABŞ 2030-cu ilə qədər Rusiyanın gəlirlərini iki dəfə azaltmaq istəyir

Vladimir Putin Ukraynaya qarşı müharibə aparmağa davam edərkən, hətta müharibə bitsə belə, onun yenidən silahlanmasının və təcavüzkar siyasətini davam etdirməsinin qarşısını almaq üçün Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyaları daha uzun illər tətbiq edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times"a ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Ceffri Payett bildirib.

Vaşinqton on illiyn sonuna qədər Rusiyaya neft dollarının axınını yarıya endirməyə çalışacaq. 

"Bu sanksiyaların məqsədi Rusiyanın davranışını dəyişmək və əmin olmaqdır ki, hansısa formada sülh yarananda, Putin üç-dörd il ərzində yenidən silahlana bilməsin, özünü və silahlı qüvvələrini Ukrayna işğalının üçüncü mərhələsinə hazırlaya bilməsin”, deyə Payett izah edib. 

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, sanksiyalar davam edərsə, 2030-cu ilə qədər Rusiyadan neft və qaz ixracı 40-50% azala bilər. "Bunun baş verməsinə əmin olmaq üçün əlimizdən gələni edəcəyik", deyə ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi bildirib.

Onun sözlərinə görə, bunun üçün xüsusilə ABŞ Rusiyaya Qərb ölkələri tərəfindən müəyyən edilmiş qiymət tavanından yan keçərək neft ixrac etməyə kömək edən "kölgə donanması”nın effektivliyini azaltmaq niyyətindədir. 

Vaşinqtonun sığortaçılara daşıyıcılardan daha çox məlumat almaq və tavana uyğun olub-olmadıqlarını öyrənmək üçün daha çox səy göstərmələrinə dair tələbləri sərtləşdirib-sərtləşdirməyəcəyi sualına Payett belə cavab verib: "Bu sahəyə diqqət yetirin”.

İki sığorta şirkətinin menecerləri "Bloomberg"ə bildiriblər ki, ABŞ rəsmiləri ilə Rusiyadan neftin nəqlində iştirak edənlər arasında söhbətlərin tonu həqiqətən dəyişib. Oktyabr-noyabr aylarında ABŞ beş tankerə qarşı sanksiyalar tətbiq etdi ki, bu da tez bir zamanda Rusiya neftinin alış qiymətinin azalmasına və nəqliyyat xərclərinin artmasına səbəb olub. Vaşinqton həmçinin 30 gəmiçilik şirkətindən yüzə yaxın tanker haqqında məlumat istəyib.

Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlərdən əlavə, neft bazarı və buna uyğun olaraq Rusiya ixracının həcminə bir çox amillər təsir edir. Məsələn, Rusiya indi tədarükdə demək olar ki, tamamilə Hindistan və Çindən asılıdır. Bu arada, sonuncunun iqtisadiyyatı kəskin şəkildə yavaşlayıb və o, bərpa olunan enerji və elektrik avtomobillərində dünya lideridir. Yəni Çinin ümumilikdə neftə, o cümlədən Rusiya neftinə ehtiyacı əhəmiyyətli dərəcədə azala bilər. Dövlətə məxsus "China National Offshore Oil Corporation"nin baş direktoru Jou Sinhuanın sözlərinə görə, Çinin neftə tələbatın pik həddi artıq bu il ola bilər. 

Qərbin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin ilk effekti artıq ortadadır. 

"Qiymət mühitinin pisləşməsi və sanksiyaların sərtləşdirilməsi, tədarük zəncirlərinin yenidən qurulması və maliyyə axınları fonunda neft ixracının həcminin azalması səbəbindən” ən böyük neft və qaz şirkətlərinin 2023-cü ilin ilk üç rübündə gəlirləri 41% azalıb”. Bu barədə cümə axşamı Rusiya Bankı məlumat yayıb.

Şirkətin IFRS hesabatına əsasən, "Qazprom”un xalis mənfəəti keçən illə müqayisədə eyni məbləğdə azalıb. Üstəlik, ilin ikinci yarısında Rusiya qazının demək olar ki, bütün Avropa ölkələrinə axını dayandığı zaman "Qazprom” 1,2 trilyon rubl (13,3 mlrd dollar – red.) xalis itki ilə üzləşib. 

Bu il neftin hər bareli xaricə orta hesabla 59,54 dollara, keçən il isə 80,58 dollara satılıb, Mərkəzi Bank Maliyyə Sabitliyi İcmalında qeyd edir. BEA-nın hesablamalarına görə, Rusiya yanvar-sentyabr aylarında 133,7 milyard dollar neft gəliri əldə edib.

Payettin fikrincə görə, Rusiyanın gələcək neft və qaz gəlirlərini vurmaq indiki gəlirləri vurmaq qədər vacibdir. 

"Bu, Kremlin beynəlxalq aləmdə necə davrana biləcəyinə və Rusiyanın həm enerji resurslarından strateji aktiv kimi istifadə etməsinə, həm də qonşularına qarşı revanşist siyasət yürütməsinə böyük geosiyasi təsir göstərir”, deyə Payett vurğulayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->