Xəbər lenti

Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
Siyasət 19:34 08.03.2021

Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”

Azərbaycan torpaqları işğalda olarkən Şuşa şəhərinin "meri” olmuş  Artsvik Sarkisyan Ermənistan mətbuatına diqqətçəkən açıqlama verib.

Sarkisyan ölkə rəhbərliyinin hələ də Qarabağa gedə bilməməsindən gileylənib. O, jurnalistin "Paşinyan Qarabağa niyə gedə bilmir" sualına cavab olaraq, Azərbaycanın buna icazə və imkan vermədiyini deyib.

"Qarabağa baş nazir özü gəlmirsə, arvadı gəlsin. Yalnız bir şeyi düşünürəm ki, bəlkə də Paşinyanın Qarabağa getməsinə və oradakı vəziyyətin nə yerdə olduğunu görməsinə icazə verməyəcəklər”.

Erməni mətbuatı xatırladıb ki, müharibədən sonra Azərbaycan Prezidenti Ermənistanın yüksək rütbəli məmurlarının Qarabağa rəsmi Bakının icazəsi olmadan səfər etməmələri barədə açıq şəkildə bəyanat vermişdi.//Virtualaz.org 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->