Fransanın keçmiş prezidenti Nikola Sarkozinin xanımı müğənni Karla Bruni yeni qalmaqallı mahnı ilə gündəmə gəlib.
Qaynar.info-nun məlumatına görə, Bruni son albomunda yer alan "Keyt və Anitanın məkanında" adlı mahnısında 90-cı illərdə eşq macərası yaşadığı "Rollinq Stones" qrupunun solisti Mik Jaggerlə qatıldığı narkotik məclislərinə toxunub.
Bruninin oxuduğu mahnının sözlərində qrupun gitaraçısı Keyt Riçardsın evində marixuana çəkmələrindən bəhs olunub.
Fransa mətbuatı Nikola Sarkozinin mahnının bu hissəsinə qəzəblənəcəyini bildirib.
Qaynar.info
Şərhlər