Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Qaynarinfo xəbər verir ki, "Səbail" Rumıniyada "Universitatya"nın qonağı olacaq.
Krayova şəhərindəki "İon Oblemenko" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. Bu komandalar arasındakı ilk oyunda "Krayova" qalib gəlib - 3:2. Avrokuboklarda debüt edən "Səbail" mərhələ adlamaq üçün səfərdə qapısını toxunulmaz saxlamaq şərtilə minimum 2 top vurmalı və ya 2 top fərqi ilə qalib gəlməlidi.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
18 iyul
Universitatya Krayova (Rumıniya) - Səbail (Azərbaycan) 3:2
Qollar: Aleksandru Çikeldeu, 28. Boqdan Veteyelu, 54. Fortes Dos Santos, 90 - Ağabala Ramazanov, 67. Dilan Duventru, 69.
Universitatya Krayova: 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Veteyelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru Çikeldeu, 11. Nikuşor Banku (k), 14. Kamer Qaka, 22. Kristian Barbut, 27. İvan Martiç.
Ehtiyat oyunçullar: 1. Laurentiu Popesku, 3. Marius Briceaq, 4. Florin Borta, 7. Mihay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş.
Baş məşqçi: Korneliu Papure.
Səbail: 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Helqi Mikael Yonasson, Yohan Qunnar Qudmundsson, Brinqeyr Valdimarsson, İvar Orri Kristyansson (İslandiya).
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə).
UEFA nümayəndəsi: Roy Katçart (Şimali İrlandiya).
Krayova. "İon Oblemenko" stadionu.
Şərhlər