İdman 17:02 03.12.2021

"Səbail" məsuliyyətsizliyə, "Neftçi" fanatlarına görə cəzalandı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclasda Premyer Liqanın 12-ci turu çərçivəsində qeydə alınan qayda pozuntularına dair cəza tədbirləri görülüb.  "Neftçi" - "Səbail" matçının 52-ci dəqiqəsində meydan sahiblərinin fanatları pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub. "Səbail" isə  stadiona gec gəldiyi üçün eyni məbləğdə cərimələnib.
 
"Sabah” – "Keşlə” oyununda "Keşlə”nin 7, "Qəbələ” – "Qarabağ” qarşılaşmasında meydan sahiblərinin 5, "Sumqayıt” – "Zirə” görüşündə də qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər 3 klub 800 manat cərimələnib.

Səbuhi Həsənov