Xəbər lenti

Foto 16:11 25.09.2021

Şəhid Murad Məmmədov anıldı (FOTOLAR)

Vətən Müharibəsi şəhidi Murad Məmmədovun doğum günündə xatirəsi anılıb. 

Qaynarinfo xəbər verir ki, 25 yaşı tamam olan Murad Məmmədovun anım mərasimində yaxınları, dostları, həmçinin oxuduğu Nizami rayon 272 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Mərasimdə çıxış edənlər hər zaman vətənpərvərliyi ilə seçilən Murad Məmmədovun həyat tarixçəsindən xatirələr söyləyiblər. 

Qeyd edək ki, Murad Elşən oğlu Məmmədov 1996-cı il sentyabrın 25-də Bakı şəhərində anadan olub. 2013–2017-ci illərdə isə Ərciyəs Universitetində "Rus dili və ədəbiyyat" üzrə ali təhsil alıb. 

Murad Məmmədov 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 20-də təlimlərə yollanıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Məmmədov oktyabrın 15-də Hadrut döyüşləri zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?