"Deyirdi, ay ana, sən görəcəksən, mənim adım həmişə uca olacaq. Mən Mübariz kimi olacam, onun yolu ilə gedəcəm”.
Qaynarinfo xəbər verir ki, bu sözləri iyulun 16-da Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan 24 yaşlı Nazim İsmayılovun anası Sevda İsmayılova AzTV-yə müsahibəsində danışıb.
Nazimin atası Əfqan İsmayılovun sözlərinə görə, oğlu ordu sıralarına könüllü olaraq getmişdi:
"Şəhid olmazdan bir gün qabaq mənə zəng vurub dedi ki, nigaran qalmayın”.
Qeyd edək ki, şəhidin qardaşı İsmayıl İsmayılzadə də hazırda hərbi xidmətdədir.
<iframe src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Faztvresmi%2Fvideos%2F758771914940243%2F&show_text=0&width=560" width="560" height="315" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowtransparency="true" allowfullscreen="true">
Şərhlər