“Vogue” jurnalının redaktorları 2026-cı ilin payızı üçün gəlinlik paltarına alternativi açıqlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalın rəsmi saytında məlumat verilib.
Jurnalistlərin sözlərinə görə, alternativ olaraq şalvar kostyumları təklif olunur. Gəlinlər üçün bu geyimin müxtəlif variantlarını “Dior”, “Tom Ford”, “Fendi”, “Louis Vuitton”, “Givenchy” və “Victoria Beckham” daxil olmaqla bir sıra tanınmış brendlər təqdim edib. Kostyum qlobal trendə və özünüifadə vasitəsinə çevrilib.
Yay mövsümündə “Vogue Italia”nın redaktorları mikrotopları mövsümün trendi elan etmişdilər. Ekspertlərin sözlərinə görə, müxtəlif rəng və fasonlarda mikrotoplar dəbdə olacaq. Redaktorlar onları ətəklər, cins şalvarlar, bermudalar və idman üslublu geyimlərlə birləşdirməyi təklif edirlər.
“Who What Wear” redaktorları isə yunan üslubunda sandalları şlapanın alternativi kimi göstəriblər. Ekspertlərin fikrincə, şlapanlar bu yay aktuallığını qoruyur, lakin hər kəs gündəlik obrazlarda belə ayaqqabı geyinməyə hazır deyil. Bunun əvəzinə ayaq və topuq ətrafında çarpaz bağlanan, düz dabanlı sandallara üstünlük vermək olar.
Aydın
Şərhlər