XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Narkotik qəbul edən pilot az qala təyyarə qəzasına səbəb olacaqdı (VİDEO)
Dünya14:53 12.08.2026

Narkotik qəbul edən pilot az qala təyyarə qəzasına səbəb olacaqdı (VİDEO)

“Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Phuketdən Yeni Dehliyə uçuş zamanı təyyarənin komandirinin narkotik maddələrin təsiri altında olması səbəbindən az qala qəzaya uğrayacaqmış.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Hadisə avqustun 4-də baş verib. Nəşrin məlumatına görə, təyyarənin komandiri qəfildən idarəetməni dayandırıb. Hadisənin şahidləri onun özünə nəzarəti itirdiyini və təcili yardıma ehtiyacı olduğunu bildiriblər. Pilotun köməyinə kabin heyətinin üzvləri gəlib.

Bunun nəticəsində təyyarə kəskin şəkildə aşağı enməyə başlayıb. Hadisə zamanı 20 sərnişin və 4 ekipaj üzvü xəsarət alıb. Təyyarə yerə endikdən sonra 17 nəfər xəstəxanaya yerləşdirilib.

İlkin olaraq aviaşirkətin rəhbərliyi hadisənin əsl səbəbini gizlətməyə çalışaraq təyyarənin turbulentlik zonasına düşdüyünü açıqlayıb. Lakin aparılan araşdırma nəticəsində təyyarənin komandirinin marixuana qəbul etdiyi müəyyənləşdirilib. Keçirilən test də onun orqanizmində narkotik maddələrin olduğunu təsdiqləyib.

Aviasiya qəzasının qarşısı ikinci pilotun sayəsində alınıb. O, təyyarənin idarəetməsini öz üzərinə götürərək onu təyinat məntəqəsinə təhlükəsiz şəkildə endirib.

Aydın