
Misli Premyer Liqasında XIII turun növbəti görüşləri bu gün keçiriləcək.
Qaynarinfo xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq "Şamaxı" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Ev sahibləri 14 xalla yeddinci, qonaqlar 11 xalla doqquzuncu pillədə qərarlaşıb.
Günün ikinci duelində "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq. Ağdam təmsilçisi 20 xalla dördüncü sıradadır. "Kimyaçılar" isə 10 xalla onuncu yerdədir.
***
Misli Premyer Liqasının XIII turunun son görüşündə "Qarabağ" evdə "Sumqayıt"ı məğlub edib.
"Azərsun Arena"da baş tutan görüş Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.