Xəbər lenti

Premyer Liqa: "Şamaxı" "Qəbələ"yə qalib gəldi
İdman16:52 29.11.2026

Premyer Liqa: "Şamaxı" "Qəbələ"yə qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasının XIII turunda daha bir oyun keçirilib.

Qaynarinfo xəbər verir ki, "Şamaxı" doğma meydanda "Qəbələ"ni qəbul edib.

Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Ayman Bouali (11) və Edqar Adilxanov (61) rəqib qapısından keçiriblər.

Bu nəticədən sonra "Şamaxı" 17 xalla yeddinci pillədə qərarlaşıb. 11 xala malik "Qəbələ" isə doqquzuncudur.

Xatırladaq ki, daha əvvəl baş tutan oyunlarda "Şəfa" "İmişli"yə (3:1), "Neftçi" "Zirə"yə (1:0), "Turan Tovuz" "Kəpəz"ə (2:1), "Sabah" isə "Araz-Naxçıvan"a (2:1) qalib gəlib.