
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayonun Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü Bayramov Elvin xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.