Xəbər lenti

Şəhriyar Məmmədyarov ABŞ-da liderliyini qoruyur
Video 14:46 24.08.2018

Şəhriyar Məmmədyarov ABŞ-da liderliyini qoruyur

ABŞ-ın Seynt Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin V turu oynanılıb.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb. 

Oyun heç-heçə başa çatıb. Ümumiyyətlə, bu tur çərçivəsində keçirilən bütün görüşlərdə xallar yarı bölünüb.

Beş turdan sonra beş şahmatçı – Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk, Levon Aronyan, Fabiano Karuana və Maqnus Karlsen hərəyə üm xal toplayıblar.

Ümumi mükafat fondu 300 min dollar olan və avqustun 27-dək davam edəcək turnirin VI turunda Şəhriyar Məmmədyarov Fransa şahmatçısı Maksim Vaşye-Laqravla qarşılaşacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->