Xəbər lenti

Şəkidəki qəzada “Qəbələ”nin əməkdaşı ağır xəsarət alıb
İdman 21:40 14.07.2019

Şəkidəki qəzada “Qəbələ”nin əməkdaşı ağır xəsarət alıb

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacı budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanlardan biri "Qəbələ" futbol klubunun əməkdaşıdır.

Qaynarinfo xəbər verir ki, İlkin Məmmədov adlı klub əməkdaşı ağır dərəcəli kəllə beyin travması alıb. Həmçinin sağ ayağı sınıb.

İlkin Məmmədov və daha 3 yaralı Fövqəladə Hallar Nazirliyinin helikopter ilə Bakıya gətirilib.

Qeyd edək ki, hadisə bu gün saat 12.00 radələrində baş verib. Qəza nəticəsində 19 nəfər xəsarət alıb, onlardan 7-si əcnəbi turistlərdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->