Video 17:56 02.09.2021

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? (VİDEO)

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür.

Müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub.

X.Əliyevanın prodüseri Pənah Eldar axşam.az-a açıqlamasında videonun bu gün lentə alındığını təsdiqləyib.

Qeyd edək ki, S.Səmədov iyulun 24-də 74 yaşında koronovirus infeksiyasından dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn edilib.