Xəbər lenti

Şəmkir və Qazaxda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçiriləcək
Ekonomiks 13:19 17.03.2019

Şəmkir və Qazaxda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçiriləcək

Fevral ayından etibarən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satışlar mart ayının 18-də Şəmkir rayonun Çənlibel kədində kənd inzibati ərazi dairəsinin binasında, mart ayının 19-da Qazax rayonun Alpout kəndində kənd inzibati ərazi dairəsinin binasında keçiriləcəkdir. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana biləcəklər.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.
 
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Şəmkir rayonu üzrə +994 50 364 44 80 (Kamil Yusifov Şəmkid Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Qazax rayonu üzrə +994 50 364 44 80 (Həmid Pənahov Qazax  Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->