Senatın Qarabağ qərarı:

Senatın Qarabağ qərarı: "Fransa hökuməti çox gözəl bilir ki..." (ŞƏRH)

Fransaya Qarabağ qətnaməsinə görə sərt cavab verilməlidir.

Bu sözləri Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli deyib.
 
"Fransa Senatının Dağlıq Qarabağın müstəqilliyini tanıyan qətnaməsi Qarabağın Fransa tərəfindən rəsmi şəkildə tanınması demək deyil və yalnız tövsiyə xarakteri daşıyır. Buna rəğmən, cavab bütün hallarda çox sərt olmalıdır (sərt deyərkən munasibətlərin kəsilməsi istisnadır). Fransaya bütün iqtisadi və digər layihələrdə ikinci dərəcəli münasibət gostərilməli, Minsk Qrupundakı həmsədrliyi müzakirəyə çıxarılmalıdır. Artıq bəzi debil xarici siyasətçilərin Azərbaycanla bağlı məsələlərdə ölkəyə üçüncü dünya dövləti, mənasız region ölkəsi statusu qismində baxmasınin qarşısının bununla alınması başlanmalıdır. Yəni hörmət etməyənə heç bir hörmət olmayacaq, hər kəs öz məsuliyyət çərçivəsini başa düşsün və bizim dövlətin adını özlərinin daxili və şəxsi maraqları üçün vasitə kimi istifadə etməsinlər.

Bir sözlə bu qətnamə boş şeydir, Makron bunu heç vaxt tanımayacaq. Fransa hökuməti çox gözəl bilir ki, Qarabağın taninması təkcə Fransanın yox, AB-nin bölgədəki bütün maraqlarını və təsirini məhv edər. Söhbət təkcə Cənubi Qafqazdan yox, həm də dolayısı yolla onunla bağlı digər istiqamətlərdən gedir. Qarabağın rəsmi tanınması həmçinin Qərbin ümumi maraqlarına zərbə vurmaq deməkdir. Yəni Paris belə riskə heç vaxt getməz. Belə riskə isə axmaq yox, ağıldankəm birisi gedər ki, Makron da elə şəxsə ümumiyyətlə, çox da bənzəmir. Əksinə Makron çox ağıllı şəxs, daha doğrusu, iqtisadçıdır.  
Onsuz da Makron indiyə qədər ermənilərlə oyun oynayırdı. Bu oyunu o, situasiya imkan verərsə, daha bir müddət oynamağa davam edəcək, amma bu dəfə qətnamədən öncəki günlərdəki kimi çox sərbəst olma imkanları azalacaq. 
Bu qətnamə bizə Avropaya çox şeyi dərk etməsi, bizsiz regionda heç nə olmalarını başa salmaq üçün vasitə olmalıdır", - deyə analitik bildirib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR